Vəkil vəkillikdən hansı hallarda uzaqlaşdırıla bilər?

Vəkillər tərəfindən peşə vəzifələrinin həyata keçirilməsi ilə bağlı yol verilən intizam pozuntularına dair şikayətlərə, müraciətlərə baxılması və onların intizam məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar məsələlərin həll olunması üçün Vəkillər Kollegiyasının nəzdində Vəkillərin İntizam Komissiyası yaradılır. Vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında qanun”un 22 maddəsi ilə tənzimlənir. Həmin maddənin birinci bəndində deyilir ki, “Vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir”.
Eyni maddənin 6-cı bəndində isə qeyd olunur ki:
İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:

1)irad tutma;

2)töhmət;

3)üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması;

Burada əsas məsələ ondan ibarətdir ki, Vəkillər Kollegiyası vəkilin kollegiyadan çıxarılması barədə qərar verdikdən sonra, iş məhkəməyə daxil olur. Nəticədə vəkil məhkəmənin qərarı ilə kollegiyadan uzaqlaşdırılır. Vəkillər Kollegiyası isə vəkilin fəaliyyətini dayandıra, ona töhmət tətbiq edə bilər. Bu halda isə vəkilin məhkəməyə müraciət etmək hüququ var. Vəkillər Kollegiyası vəkili kollegiyadan yalnız “Vəkillər və vəkillik fəaliyyəti haqqında qanun”un 23 maddəsində göstərilən xitam verici əsaslar olduqda çıxara bilər. O hallar isə aşağıdakılardır:

• öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə;

• barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;

• fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə;
• vəfat etdikdə;

• məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

• bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;

Benefisiar.org

Oxunub: 1459