Hey­və­rə qa­nun­ve­ri­ci­lik – Tanınmış hüquqçu Ənnağı Hacıbəyli qanunlardan yazdı

Hüquqçu
Ənnağı Hacıbəyli

Bu ba­rə­də də­fə­lə­lər­lə yaz­mı­şam. Möv­zu­ya qa­yı­dış bir ne­çə amil­lə bağ­lı­dır.

Bi­rin­ci, heç nə də­yiş­mir.

İkin­ci, bü­tün mə­də­ni dün­ya­da qa­nu­nun di­li onun də­qiq ic­ra­sı­nın qa­ran­ti­ya­la­rın­dan sa­yı­lır. Avro­pa­da de­yir­lər ki, qa­nun xalq üçün ya­zı­lır və onun ba­şa dü­şə­cə­yi dil­də ya­zıl­ma­lı­dır. Üstə­lik, be­lə bir tə­ləb də var ki, qa­nun or­ta mə­mu­run an­la­ya­ca­ğı dil­də ya­zıl­ma­lı­dır.
Üçün­cü, 2010-cu ilin de­kab­rın­da “Nor­ma­tiv hü­qu­qi akt­lar haq­qın­da” Kons­ti­tu­si­ya Qa­nu­nu qə­bul edi­lib və ye­ni prob­lem­lər or­ta­ya çı­xıb.

Qa­nu­nun 53-cü mad­də­si “Nor­ma­tiv hü­qu­qi ak­tın mət­ni­nə da­ir irə­li sü­rü­lən linq­vis­tik tə­ləb­lər” ad­la­nır. Ora­da de­yi­lir: “Nor­ma­tiv hü­qu­qi ak­tın mət­ni la­ko­nik for­ma­da, nor­ma­la­rın zid­diy­yət­li təf­si­ri­ni is­tis­na edən sa­də və ay­dın dil­də, Azər­bay­can ədə­bi di­li­nin və hü­quq ter­mi­no­lo­gi­ya­sı­nın rəs­mi iş­gü­zar üs­lu­bu­na əməl et­mək­lə tər­tib edi­lir”.

Ye­ri gəl­miş­kən, mad­də “Nor­ma­tiv hü­qu­qi ak­tın mət­ni­nə linq­vis­tik tə­ləb­lər” ad­lan­dı­rıl­say­dı, qa­nun­ve­ri­ci bu tə­ləb­lə­rə da­ha də­qiq əməl edə bi­lər­di.

Bu qa­nun­dan da­ha bir mi­sal.

84.4-cü mad­də­yə əsa­sən “… hər bir nor­ma­tiv hü­qu­qi akt üçün rəs­mi dərc edil­mə mən­bə­yi və … hü­qu­qi mə­lu­mat üçün li­sen­zi­ya­nın ve­ril­mə nöm­rə­si və ta­ri­xi hök­mən (seç­dir­mə­lər mə­nim­dir – mü­əl­lif) gös­tə­ri­lir”.

Gö­rü­nür, qa­nun­la­rın ic­ra edil­mə­mə­si­nə alış­mış qa­nun­ve­ri­ci du­ru­mu hökm­lə dü­zəlt­mə­yə ça­lı­şır. Əslin­də nor­mal hal­da sa­də­cə “gös­tə­ril­mə­li­dir” ya­zıl­ma­sı ye­tər­li­dir.

Mülki Prosessual Məcəllənin (MPM) 153.1-ci mad­də­si də məh­kə­mə ha­ki­miy­yə­ti­ni bu yol­la qa­nun­la­rı ic­ra et­dir­mə­yə ça­lı­şır: “Məh­kə­mə­yə da­xil olan əri­zə hök­mən da­xil ol­du­ğu gün qey­diy­yat­dan keç­mə­li­dir”.

Mül­ki Mə­cəl­lə­nin 11.2, “Nor­ma­tiv hü­qu­qi akt­lar haq­qın­da” Kons­ti­tu­si­ya Qa­nu­nu­nun 13.4-cü mad­də­sin­də de­yi­lir: “Ana­lo­gi­ya tət­biq edi­lər­kən əda­lət, in­saf və mə­nə­viy­yat tə­ləb­lə­ri nə­zə­rə alın­ma­lı­dır”.

Bu cüm­lə be­lə ya­zıl­ma­lı idi: “Hü­qu­qun ana­lo­gi­ya­sı tət­biq edi­lər­kən əx­laq nor­ma­la­rı da nə­zə­rə alı­nır”. Bir də ona gö­rə ki, hü­qu­qu tət­biq edən or­qan­la­rın, o sı­ra­dan məh­kə­mə­lə­rin əda­lət­li ol­ma­sı “əda­lət”in si­no­nim­lə­ri­nin sa­yın­dan ası­lı de­yil.

Kons­ti­tu­si­ya­nın 34-cü mad­də­si: “Heç kəs zor­la ev­lən­di­ri­lə (ərə ve­ri­lə) bil­məz”. Bu mö­tə­ri­zə­yə və onun için­də­ki­lə­rə nə eh­ti­yac var idi. Evlən­mək qa­dı­na aid edi­lə bil­məz­mi?
Tə­əs­süf ki, qa­nun­la­rın di­li bər­bad durumdadır, nor­ma­tiv hü­quq ak­tı­nın mət­ni la­ko­nik for­ma­da tər­tib olun­mur, uzun-uza­dı, heç bir ni­zam­la­ma də­yə­ri ol­ma­yan mə­na­sız cüm­lə­lər baş alıb ge­dir, mad­də­lər “nor­ma­la­rın zid­diy­yət­li təf­si­ri­ni is­tis­na edən sa­də və ay­dın dil­də” ya­zıl­mır, Azər­bay­can ədə­bi di­li­nin qa­nun­la­rı­na əməl edil­mə­mə­si nə­ti­cə­sin­də hü­quq ter­mi­no­lo­gi­ya­sı­nın ha­mı­lıq­la qə­bul edil­miş rəs­mi iş­gü­zar üs­lu­bu yox­dur.

Hər öl­kə­dən bir qa­nu­nun kö­çü­rül­mə­si, özü də mə­na­sız, av­to­ri­tar əla­və­lər­lə qə­bul edil­mə­si onun­la so­nuc­la­nır ki, qa­nun­ve­ri­ci­li­yin sti­li, o sı­ra­dan linq­vis­tik sti­li çe­şid­li qa­nun­lar­da fərq­li olur. Qə­dim Ro­ma hü­qu­qun­dan baş­la­mış al­man, fran­sız, in­gi­lis, rus və s. qa­nun­ve­ri­ci­lə­rin sti­li­ni Azər­bay­can qa­nun­ve­ri­ci­li­yin­də tap­maq olar. Mə­sə­lən, Mül­ki Mə­cəl­lə­nin (MM) 16.1-ci mad­də­sin­də de­yi­lir: “Fi­zi­ki və hü­qu­qi şəxs­lə­rin yal­nız və yal­nız baş­qa şəx­sə zi­yan vur­maq niy­yə­ti ilə hə­ya­ta ke­çir­dik­lə­ri hə­rə­kət­lə­rə, ha­be­lə hü­quq­dan di­gər for­ma­da sui-is­ti­fa­də edil­mə­si­nə yol ve­ril­mir”.

MM-in 36.1-ci mad­də­sin­də də qa­nun­ve­ri­ci “yal­nız və yal­nız” tə­ki­di ilə qəy­yu­mu ye­ti­min ma­lı­nı ye­mə­mə­yə məc­bur et­mə­yə ça­lı­şır.

“Na­po­le­on mə­cəl­lə­si”nin sti­li­ni xa­tır­la­dan bu cüm­lə­lə­rin mü­əl­lif­lə­ri de­yə­sən XXI əs­rin azər­bay­can­lı­la­rı ol­duq­la­rı­nın fər­qin­də de­yil­lər. Be­lə çı­xır ki, hü­quq­dan aşırı yararlanmanın kri­te­ri­ya­sı “yal­nız” sö­zü­nün sa­yı­dır. Bu boş­bo­ğaz­lı­ğı hü­quq­dan aşırı yararlanmanı da aşan söz­lə­rə qur­ban ver­mək da­ha fay­da­lı olar­dı.

MM-də VII böl­mə “Mü­qa­vi­lə­lər­dən əmə­lə gə­lən öh­də­lik­lər” ad­la­nır. Onu “Mü­qa­vi­lə öh­də­lik­lə­ri” ad­lan­dır­maq ol­maz­dı­mı?

Ci­na­yət Mə­cəl­lə­sin­də yüz il­dir ki, “Şəx­siy­yət əley­hi­nə olan ci­na­yət­lər” ya­zır­lar. “Şəx­siy­yə­tə qar­şı ci­na­yət­lər” yaz­saq, gö­rə­sən şəx­siy­yət və dil bun­dan nə iti­rər­di?

Mül­ki Mə­cəl­lə­dən ör­nək­lər: ey­ni ha­di­sə­ni ifa­də et­mək üçün qa­nun­ve­ri­ci çe­şid­li söz və ter­min­lər­dən ya­rar­la­nır. Eti­raz – pro­test – şi­ka­yət, məx­sus – mən­sub, məs­rəf­lər – xərc­lər – it­ki­lər, bəx­şiş – mü­ka­fat – ba­ğış­la­ma, peş­man (pe­şi­man) haq­qı – kom­pen­sa­si­ya – əvəz, mə­su­liy­yə­tin öl­çü­sü – həc­mi – də­rə­cə­si, ix­ti­yar­lı şəxs – sə­la­hiy­yət­li şəxs və s. Bə­zən çe­şid­li hü­quq ha­di­sə­lə­ri­ni ifa­də edən bu söz və ter­min­lər­dən ya­rar­lan­ma­da­kı anar­xi­ya adam­da qa­nun mü­əl­lif­lə­ri­nin bu ter­min­lə­rin mə­na­sı­nı ayırd edə bil­mə­di­yi qə­na­ə­ti­ ya­ra­dır. Nə­ti­cə­də qa­nu­nun tət­bi­qin­də çə­tin­lik­lər ya­ra­nır, qa­nu­nu hə­rə bir cür yo­zur.

Baş­qa qa­nun­lar­da iden­tik­ləş­dir­mə – ey­ni­ləş­dir­mə, pro­ses­su­al bir­gə iş­ti­rak­çı­lıq – hə­miş­ti­rak­çı­lıq, hör­mət­li ha­kim – möh­tə­rəm ha­kim, ni­kah mü­qa­vi­lə­si – ni­kah kont­rak­tı, qəy­yum­luq və hi­ma­yə­çi­lik – qəy­yum­luq və hi­ma­yə və s. ala­bə­zək­lə qar­şı­la­şır­san.

Baş­qa­sı­nın əm­la­kı­nın ida­rə edil­mə­si ba­rə­də mü­qa­vi­lə MM-in 37.1-ci mad­də­sin­də “əm­la­kın eti­bar­na­mə ilə ida­rə edil­mə­si­nə da­ir mü­qa­vi­lə”, 40.4-cü mad­də­sin­də “eti­bar­na­mə ilə ida­rə­et­mə mü­qa­vi­lə­si”, “Da­şın­maz əm­la­kın döv­lət re­yest­ri haq­qın­da” Qa­nu­nun 22-ci mad­də­sin­də “eti­bar­lı ida­rə­et­mə mü­qa­vi­lə­si” və s. ad­la­nır.

MPM-in 107-ci mad­də­si “Məh­kə­mə xərc­lə­ri”, İPM-in 108-ci mad­də­si “Pro­ses­su­al xərc­lər”, CPM-in 197-ci mad­də­si “Məh­kə­mə məs­rəf­lə­ri” ad­la­nır. Bu, yə­qin ki, ci­na­yət iş­lə­ri­nin adam­la­ra da­ha çox məs­rəf­lər­lə ba­şa gəl­mə­si ilə bağ­lı­dır.

MPM-in 51-ci mad­də­sin­də, on­dan da qa­baq­lar­dan qa­nun­ve­ri­ci­lik­də və hü­quq nə­zə­riy­yə­sin­də “pro­ses­su­al bir­gə iş­ti­rak­çı­lıq” de­di­yi­miz ter­min İPM-in 30-cu mad­də­sin­də “Pro­ses­su­al hə­miş­ti­rak­çı­lıq” ad­lan­dı­rı­lır.

MPM-in 88-ci mad­də­si məh­kə­mə­yə tap­şı­rır ki, “sü­but­la­ra ob­yek­tiv, qə­rəz­siz, hər­tə­rəf­li və tam bax­dıq­dan son­ra hü­quq nor­ma­la­rı­na uy­ğun” qiy­mət ver­sin. Cinayət-Prosessual Məcəlləsinin (CPM) 145.2-ci mad­də­si isə təh­qi­qat­çı, müs­tən­tiq, pro­ku­ror, ha­kim və ya and­lı ic­las­çı­la­ra tap­şı­rır ki, “qa­nu­nu və vic­da­nı­nı rəh­bər tu­ta­raq sü­but­la­rın məc­mu­su­nun hər­tə­rəf­li, tam və ob­yek­tiv ba­xıl­ma­sı­na əsas­lan­maq­la öz da­xi­li ina­mı­na gö­rə sü­but­la­rı qiy­mət­lən­dir­sin”.

Bil­mə­yən­lər bil­sin ki, qa­nun və hü­quq nor­ma­la­rı fərq­li an­la­yış­lar­dır.

İkin­ci, qa­nun­ve­ri­ci nə­yə əsa­sən ci­na­yət işi­nə ba­xan ha­ki­min vic­da­nı­na gü­və­nir, mül­ki işə ba­xan ha­ki­min vic­da­nı­na isə eti­bar et­mir? Üstə­lik, bi­rin­ci ins­tan­si­ya məh­kə­mə­lə­ri ha­kim­lə­ri­nin ək­sə­riy­yə­ti həm ci­na­yət, hən də mül­ki iş­lə­rə ba­xır­lar. Gö­rü­nür, on­lar an­caq ci­na­yət iş­lə­ri­nə ba­xan gün vic­dan­la­rı­nı öz­lə­ri ilə gö­tür­mə­li­dir­lər…

Da­ha bir mə­na­sız ifa­də: “hü­qu­qi qa­nun­lar”. Bu­nu çox­la­rı iş­lə­dir. “Luf­than­sa” uça­ğın­da ve­ri­lən elan­da da bu­na rast gəl­mi­şəm: “Hü­qu­qi qa­nun­la­ra uy­ğun ola­raq…” Çox dü­şü­nən­dən son­ra be­lə qə­ra­ra gəl­dim ki, bu­nun iki mə­na­sı ola bi­lər: ya bu o de­mək­di ki, al­man­lar­da an­caq döv­lə­tin ver­di­yi qa­nun­lar iş­lə­yir, ya da ki, on­la­rın ha­va li­man­la­rın­da Ca­hah­gir mü­əl­li­min qa­nun­la­rı iş­lə­mir.

Əmək Mə­cəl­lə­si­nin 199-cu mad­də­sin­də iş­lə­di­lən “böh­tan­lı və təh­qir­li if­ti­ra­lar” ifa­də­si­ni han­sı mil­lə­tin nü­ma­yən­də­si­nin kəşf et­di­yi ma­raq­lı­dır. Böh­tan elə if­ti­ra­dır, təh­qi­rin if­ti­ra ilə əla­qə­si isə ay­rı­ca təd­qi­qat möv­zu­su­dur.

Azər­bay­can di­li­nin izah­lı lü­ğə­tin­də ki­çik bir araş­dır­ma: böh­tan – if­ti­ra, şər de­mək­dir. İfti­ra­nın isə böh­tan, şər ki­mi ci­no­nim­lə­ri var.

Bü­tün qa­nun­lar “mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı” söz­lə­rin­dən bo­ğu­lur. Heç ol­ma­sa bu mə­na­sız “mü­va­fiq” sö­zü­nü at­maq­la ona bir ba­la­ca nə­fəs ver­mək ol­maz­mı?

Ai­lə Mə­cəl­lə­si­nin 166.4-cü mad­də­si “mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı”nı elə la­bi­rin­tə sa­lıb ki, heç Pre­zi­dent Admi­nist­ra­si­ya­sın­da da or­dan çı­xa bil­mə­yib­lər: “Do­ğum haq­qın­da mə­lu­ma­tın mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­na dər­hal ötü­rül­mə­mə­si­nə və ya düz­gün ol­ma­yan mə­lu­ma­tın ötü­rül­mə­si­nə gö­rə tibb mü­əs­si­sə­si, hə­min mə­lu­ma­tın mə­lu­mat in­for­ma­si­ya sis­te­mi va­si­tə­si­lə mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı­nın in­for­ma­si­ya sis­te­mi­nə ötü­rül­mə­mə­si­nə və ya düz­gün ol­ma­yan mə­lu­ma­tın ötü­rül­mə­si­nə gö­rə mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı,ha­be­lə üzr­lü sə­bəb­lər ol­ma­dan do­ğu­mun qey­də alın­ma­sı üçün bu Mə­cəl­lə­nin 167-ci mad­də­sin­də nə­zər­də tu­tul­muş müd­dət­də mü­ra­ci­ət olun­ma­ma­sı­na gö­rə uşa­ğın va­li­deyn­lə­ri (yax­şı ki, “mü­va­fiq va­li­deyn­lər” yaz­ma­yıb­lar – Ə.H) qa­nun­ve­ri­ci­lik­lə mü­əy­yən edil­miş qay­da­da mə­su­liy­yət da­şı­yır­lar”. Bu mad­də ilə bağ­lı Pre­zi­dent Fər­ma­nın­dan bəl­li olur ki, bi­rin­ci və üçün­cü hal­da Sə­hiy­yə Na­zir­li­yi nə­zər­də tu­tu­lur. La­bi­rint­dən çı­xış yo­lu ki­mi əla­və edim ki, ikin­ci ha­la Ədliy­yə Na­zir­li­yi “mü­va­fiq­dir”.

Ağlım kəs­mir ki, nə vaxt­sa do­ğum ev­lə­ri Ədliy­yə Na­zir­li­yi­nin, qey­diy­yat şö­bə­lə­ri isə Sə­hiy­yə Na­zir­li­yi­nin ta­be­çi­li­yi­nə ve­ril­sin. Onda bu əl­la­mə­li­yin mə­na­sı nə­dir?

Ai­lə Mə­cəl­lə­si­nin 72.1-ci mad­də­si: “Uşa­ğın sağ­lam­lı­ğı və ya hə­ya­tı bir­ba­şa təh­lü­kə­də ol­duq­da, mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı uşa­ğı va­li­deyn­lər­dən (on­lar­dan bi­rin­dən) və ya onu qəy­yum­lu­ğa (hi­ma­yə­yə) gö­tür­müş şəxs­lər­dən tə­ci­li ola­raq al­maq hü­qu­qu­na ma­lik­dir. Mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nı bu­nu mü­va­fiq akt əsa­sın­da hə­ya­ta ke­çi­rir”.

Gö­rə­sən, “mü­va­fiq akt” ifa­də­sin­də bu “mü­va­fiq” sö­zü­nün mə­na yü­kü nə­dir? O, akt­la bağ­lı han­sı in­for­ma­si­ya­nı ve­rir?

Qa­nun­ve­ri­ci­lik­də çox tez-tez tək­rar olu­nan ifa­də tər­zi: “Əgər qa­nun­da baş­qa qay­da nə­zər­də tu­tul­ma­yıb­sa…” Bu­nu şi­rin və konk­ret türk­cə­miz­də ya­zaq: “Qa­nun­da baş­qa qay­da yox­dur­sa…”

Türk­cə­miz­də heç bir də­yə­ri ol­ma­yan “tə­rə­fin­dən”, “əgər”, “həm­çi­nin”, “ha­be­lə”, “ma­lik­dir” və s. yad söz­lər qa­nun­ve­ri­ci­li­yi alaq ot­la­rı ki­mi ba­sıb. Bu qa­nun­la­rı qə­bul edən de­pu­tat­lar işin şı­dı­rı­ğı vax­tın­da tal­var­da ya­tan tü­fey­li kənd­çi­ni xa­tır­la­dır.

He­sab­la­mı­şam, yax­şı re­dak­tə olun­sa, MM-in azı 1/4 his­sə­si­ni kə­sib at­maq olar. Mə­cəl­lə bun­dan nə­in­ki zə­rər çə­kər, tər­si­nə, qa­nun da­ha asan an­la­şı­lar və düz­gün tət­biq edi­lər.
Bu qa­nun­la­rı linq­vis­tik eks­per­ti­za­dan ke­çi­rən dil­çi­lər ya bu xal­qın di­li­ni bil­mir­lər, ya da on­la­rın ke­çir­di­yi eks­per­ti­za sa­də­cə “xal­tu­ra­dır”. Gö­rü­nür, pla­gi­at qa­nun­ve­ri­ci­lik baş­qa nə­ti­cə ver­mə­yə qa­dir de­yil.

Di­li də qa­nun­ve­ri­ci­lik qə­dər bi­lən dil­çi­yə tap­şı­rı­lan linq­vis­tik eks­per­ti­za an­caq zay məh­sul is­teh­sal edə bi­lər. Mə­sə­lən, be­lə: “Məh­kə­mə­nin qət­na­mə­si­nə əməl et­mə­yən va­li­dey­nə qar­şı mül­ki-pro­ses­su­al qa­nun­ve­ri­ci­li­yə uy­ğun öl­çü gö­tü­rü­lür”.

Gö­rə­sən, bu “va­li­deyn öl­çü­sü”nün mə­su­liy­yət­lə əla­qə­si var­mı? Var­sa, o, mə­su­liy­yə­tin han­sı nö­vü ilə “öl­çü­lür”?!

Mən­tiq­siz­lik ab­surd do­ğu­rur.

“Tor­paq­la­rın döv­lət eh­ti­yac­la­rı üçün alın­ma­sı haq­qın­da” Qa­nu­nun 11.2.1-ci mad­də­si­nə əsa­sən alın­ma­nın tə­si­ri­nə mə­ruz qa­lan şəxs­lə­rin si­ya­hı­ya­a­lın­ma ta­ri­xin­dən son­ra­kı 6 aya­dək olan müd­dət­də do­ğul­muş uşaq­la­rı alın­ma­nın tə­si­ri­nə mə­ruz qal­mış şəxs sa­yı­lır.

Nə­yə gö­rə məhz 6 ay? Baş­qa qa­nun­lar­da be­lə hal­lar­da adə­tən ya 300 gün, ya da bir il­lik müd­dət qo­yu­lur. Be­lə çı­xır ki, qa­nun­ve­ri­ci kom­pen­sa­si­ya al­maq hü­qu­qu (da­ha doğ­ru­su, il­lü­zi­ya­sı – Ə.H.) olan şəxs­lə­rin da­i­rə­si­ni mak­si­mum da­ralt­ma­ğa ça­lı­şır. Üstə­lik, al­tı­ay­lıq uşaq­la­rın hü­quq­la­rı­nı qo­ru­yan qa­nu­nun nə­yə gö­rə nor­mal do­ğul­muş uşaq­la­rı be­lə mü­da­fi­ə­dən məh­rum et­mə­si­nin sə­bəb­lə­ri ay­dın ol­mur.

Bu qa­nun­da da­ha bir “ye­ni­lik” var: “hə­qi­qi gə­li­rə də­yən və ya də­yə bi­lə­cək zə­rər”. Biz qa­nun­ve­ri­ci­lik­də “re­al zə­rər” və “əl­dən çıx­mış fay­da” ter­min­lə­ri­nə adət et­mi­şik. “Hə­qi­qi gə­li­rə də­yən və ya də­yə bi­lə­cək zə­rər” bu ter­min­lər­dən nə ilə fərq­lə­nir? Ümu­miy­yət­lə, fərq­lə­nir­mi? Ye­ni ter­min­lər icad et­mək­lə qa­nu­nun tət­bi­qin­də çə­tin­lik ya­rat­ma­ğa, adam­la­rı mə­na­sız şey­lər üs­tün­də baş sın­dır­ma­ğa məc­bur et­mə­yə nə eh­ti­yac var?

Hü­quq­çu­la­rın di­li­ni qa­nun­ve­ri­ci­li­yin di­li for­ma­laş­dı­rır, tər­bi­yə edir. Hü­quq ədə­biy­ya­tı­nı, gənc hü­quq­çu-alim­lə­rin jur­nal­lar­da­kı ya­zı­la­rı­nı, ki­tab­la­rı­nı oxu­yan­da, məh­kə­mə­lər­də və­kil­lə­rə qu­laq asan­da dəh­şə­tə gə­li­rəm. Bu qa­nun­lar­dan hü­quq di­li öy­rə­nən gənc hü­quq­çu-ali­min be­lə yaz­ma­sı tə­bi­i­dir: “İlk ön­cə Avro­pa Məh­kə­mə­si­nin pre­se­dent hü­qu­qu­na ba­xan­da gö­rü­rük ki…”

Di­li­miz gö­zəl, şi­rin, zən­gin və əzə­mət­li­dir. Qa­nun­la­rı onun sa­vad­sız, təh­rif olun­muş ifa­də tər­zi ilə kor­la­maq yox, onun gö­zəl­li­yi, zən­gin­li­yi ilə şə­rəf­lən­dir­mək gə­rək­dir. Tək­cə hü­quq ba­xı­mın­dan de­yil, həm də dil ba­xı­mın­dan ka­sıb qa­nun­la zən­gin (həm mad­di, həm də mə­nə­vi ba­xım­dan) cə­miy­yət ye­tir­mək müm­kün de­yil.

Yazı Ənnağı Hacıbəylinin facebook səhifəsindən götürülüb.