Bu il sosial müavinətlər və təqaüdlərin məbləğləri nə qədərdir?

Sosial müavinətlər qanunvericilikdə müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Sosial müavinət almaq hüququ şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir və ödənilir.

Müavinətlər tam məbləğdə və yalnız nağdsız qaydada ödənilir. Müavinətlərin təyin edilməsi ilə bağlı elektron xidmətlər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

Müavinətlər və təqaüdlərin məbləği aşağıdakı kimidir?

Birdəfəlik müavinətlər:

  • Uşağın anadan olmasına görə müavinət – 500 manat.
  • Dəfn üçün müavinət: 
  1. Vəfat edən şəxs əmək pensiyaçısı olduqda (əmək pensiyasının minimum məbləğinin 3 misli) – 720 manat
  2. Vəfat edən şəxs sosial müavinət və ya işsizlikdən sığorta ödənişi alan şəxs və ya sığortaolunan olduqda – 500 manat
  • Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə – 1380 manat
  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün – 600 manat
  • Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün – 300 manat

Əlilliyi olan şəxslərə təyin edilən aylıq müavinətlərin məbləği:

Əlilliyə görə müavinət (əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda)

  • orqanizmin funksiyalarının 81-100 faiz pozulması halında 270 manat;
  • orqanizmin funksiyalarının 61-80 faiz pozulması halında 220 manat;
  • orqanizmin funksiyalarının 31-60 faiz pozulması halında 150 manat;
  • Vəfat etmiş şəxsin 18 yaşınadək əlilliyi müəyyən edilmiş, 18 yaşdan yuxarı əlilliyi müəyyən edilmiş övladına ailə başçısını itirməyə görə – 120 manat;

Digər aylıq müavinətlər: 

  • Yaşa görə müavinət – 220 manat
  • Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə – 100 manat
  • Beşdən çox uşağı olan qadınlara – hər uşaq üçün 105 manat;
  • Ailə başçısını itirməyə görə müavinət (əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə) – 120 manat
  • Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına – hər uşaq üçün 120 manat
  • 3 yaşınadək uşağa qulluğa görə müavinət (3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə olduqda); (1 yaş yarımadək uşağa qulluğa görə44 manat, uşağın 1 yaş yarımdan 3 yaşınadək qulluğa görə isə – 28 manat.
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət120 manat.
  • Övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət – (valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün aylıq 200 manat, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün aylıq 600 manat.

Azərbaycan Respublikası Prezidentinin təqaüdləri

  • 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə ayda 600 manat məbləğində “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ödənilir.
  • Hər şəhid ailəsinə hər şəhidə görə ayda 600 manat məbləğində “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” ödənilir.
  • Müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat müəyyən edilmişdir.
  • “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2000 manat müəyyən edilmişdir.
  • Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün ayda 1800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə (Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğləri aşağıdakı kimidir:
  1. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 manat;
  2. Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;
  3. Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 330 manat.
  • Böyük Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə

Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğləri aşağıdakı kimidir:

  1. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 manat;
  2. Orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 350 manat;
  3. Orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 300 manat.
  • Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)” 200 manat məbləğində  Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə –100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • 18 yaşadək əlilliyi müəyyən edimiş uşaqlara qulluq edən şəxslərə 100 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 300 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 600 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçıları-na, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müda-fiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşa-yan” döş nişanı ilə təltif edilmiş şəxslərə – 330 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir.
  • Peşə hazırlığına cəlb olunan şəxsə verilən təqaüd – 345 manat məbləğində müəyyən edilib.

Hazırladı: Ülkər Həmidli – hüquqşünas

Oxunub: 5964

Əvvəlki məqaləBu qurumlarda çalışan işçilərin maaşları artırıldı
Növbəti məqaləDİN vətəndaşların yaşayış yeri üzrə qeydiyyatı məsələsinə aydınlıq gətirdi