Mediasiya prosesi nədir?

Mediasiya mübahisənin məhkəmədən kənar qaydada qarşılıqlı razılıq əsasında həll prosesidir.

Mediasiya prosesinə həm məhkəməyə qədər, həm də məhkəmə prosesləri zamanı müraciət etmək olar. Bu prosesi həyata keçirən, tərəflər arasında danışıqlar apararaq razılıq əldə etməyə çalışan şəxs mediator adlanır.

Mediatora dair tələblər aşağıdakılardır:

• yaşı 25-dən aşağı olmayan;

• ali təhsilli;

• 3 il stajı olmalı;

• mediatorların hazırlıq proqramı üzrə təlim keçdiyini təsdiqləyən sertifikata malik;

• peşəkar mediatorların reyestrinədaxil edilmiş şəxslər.

Mediasiyanın keçirilməsinin şərtləri:

• Mediasiya tərəflərin qarşılıqlı razılığı ilə və onlar arasında mediasiya haqqında müqavilə
bağlandığı zaman keçirilir;

• Mülki, əmək və ailə münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi zamanı
mediasiya həm məhkəməyə müraciət edilənə qədər, həm də məhkəmə araşdırması başlandıqdan sonra tətbiq edilə bilər;

• Tərəflər razılaşdıqda mediasiya məhkəmənin təşəbbüsü ilə də tətbiq oluna bilər;

• Məhkəməhər hansı formada tərəfləri mediasiyaya məcbur edə bilməz;

• Mediasiya prosesi tərəflər arasında mediasiya haqqında müqavilə bağlandığı gündən
başlayır;

• Tərəflərdən biri mediasiyaya müraciət barədə yazılı formada təklif göndərdiyi vaxtdan 10
təqvim günü ərzində digər tərəfin mediasiyanın tətbiqinə razılığını almadıqda belə təklif rəddedilmiş sayılır;

• Tərəflər mediasiyanın keçirilməsi üçün qarşılıqlı razılıq əsasında bir və ya bir neçə
mediatoru seçirlər;

• Mediasiyanın keçirilməsinin ümumi müddəti 60 təqvim günündən çox olmamalıdır;

Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq bu müddət tərəflərin razılığı ilə 30 təqvim günündəkuzadıla bilər. Mediasiyanınkeçirilməsinin konkret müddəti isə ümumi müddət nəzərəalınmaqla mediasiya haqqında müqavilə ilə müəyyən olunur.

Mediasiya haqqında qanunun 3-cü maddəsinə görə mediasiya qaydasında qarşılıqlı razılıqla mülki işlər və iqtisadi mübahisələr, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək mübahisələri, inzibati hüquq münasibətləri, cinayət və inzibati xətalar üzrə işlərdən irəli gələn mübahisələr həll oluna bilər.
Ailə mübahisələri, iqtisadi mübahisələr və əmək mübahisələrlə bağlı mediasiya proseduru zəruridir. Belə ki, bu mübahisələrlə bağlı tərəflər məhkəməyə müraciət etməmişdən öncə mediasiya prosesindən keçməlidir. Bu prosesin nəticəsində tərəflər razılığa gələrsə, barışıq sazişi imzalanır, razılıq olmazsa arayış verilir. Həmin arayışla məhkəməyə müraciət etmək olar.

Həmçinin, tərəflər öz istəkləri ilə cinayət və inzibati xətalar üzrə işlərdən irəli gələn mübahisələrdə mediasiyaya müraciət edə biləcəklər.

Benefisiar.org

Oxunub: 5536