Əlillərə reabilitasiya vasitələri hansı hallarda verilir?

Texniki reabilitasiya vasitələri (ətrafların və ya duyğu orqanlarının pozulmuş funksiyalarını əvəz etmək üçün tətbiq olunan xüsusi avadanlıq, cihazlar və tərtibatlar) verilməsi aşağıdakı hallarda tövsiyə edilir:

• Nəzərə çarpan monoparez (bir qolu və bir ayağı işləyən paraliz) , hemiparez (iki ayaq yaxud iki qolun paralizi) paraparez (beldən aşağı iki ayağın işləməsi, paralizi), triparez;

• Nəzərə çarpan ataksiya (paraliz, əzələ tonusunun pozulması və ya istəmsiz hərəkət olmadan hərəkətlərin dayanıqlı və məqsədinə uyğun şəkildə icrasında pozulmanın olması zamanı istifadə olunur);

• Nəzərə çarpan hiperkinetik sindrom;

• Daimi olaraq sidiyi və ya nəcisi saxlaya bilməmək, o cümlədən sidik və ya nəcis fistulu;

• Karlıq;

• Dörd barmağın olmaması və ya əlin daha yuxarıdakı amputasiya nəticəsində güdülü;

• Ətraflarda oynaqların nəzərə çarpan kontrakturası;

• Bazu, dirsək, diz oynaqlarının laxlaması;

• Şarp üzrə və ya ayağın daha yuxarıdan amputasiya nəticəsində güdülü;

• Hər iki gözün görmə itiliyinin korreksiya ilə 0,1-dək olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması.

Hərəkəti təmin edən vasitələr.

Kreslo-araba (otaqda hərəkət üçün) aşağıdakı hallarda tövsiyə edilir:

• Üçüncü dərəcəli xroniki qan dövranı çatmamazlığı;

• Üçüncü dərəcəli ağciyər-ürək çatmamazlığı;

• Hemiplegiya, nəzərə çarpan hemiparez aşağı paraplegiya, nəzərə çarpan aşağı paraparez, triplegiya, nəzərə çarpan triparez, nəzərə çarpan tetraparez;

• Tetraplegiya kəskin nəzərə çarpan ataksiya, hiperkinetik, amiostatik sindrom, tetraplegiya;

• Hər iki baldırın güdülü və ya amputasiyaların daha yüksək səviyyəsi;

• Bir baldırın güdülü və digər aşağı ətrafın funksional yararsız vəziyyətdə olması.

Velo-araba (çöldə gəzmək üçün) aşağıdakı hallarda tövsiyə edilir:

• Hemiplegiya, nəzərə çarpan hemiparez aşağı paraplegiya, nəzərə çarpan aşağı paraparez, triplegiya, nəzərə çarpan triparez, nəzərə çarpan tetraparez;

• Hər iki baldırın güdülü və ya amputasiyaların daha yüksək səviyyəsi;

• Bir baldırın güdülü və digər aşağı ətrafın funksional yararsız vəziyyətdə olması;

Avtomobillər aşağıdakı hallarda verilir:

• İkinci V dərəcəli xroniki qan dövranı çatmamazlığı;

• İkinci dərəcəli ağciyər çatmamazlığı;

• Bir aşağı ətrafın iflici və ya nəzərə çarpan parezi;

• Hemiplegiya(bədənin bir yarısındakı ətraf əzələlərinin gücünün tam itməsi-iflici), nəzərə çarpan hemiparez;

• Nəzərə çarpan ataksiya, hiperkinetik, amiostatik sindrom;

• Hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, ikinci dərəcə arterial çatmamazlıqları;

• Aşağı ətrafların nəzərə çarpan trofik pozğunluqları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları).

• Aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatmamazlıqları;

• Hər iki aşağı ətrafın fillik xəstəliyi;

• Hər iki əlin güdülü;

• Hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması);

• Hər iki pəncənin Şarp üzrə güdülü (ayaqdarağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü;

• Baldırın güdülü;

• Bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərə çarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı;

• Bud-çanaq və ya diz oynağının laxlaması;

• Bud-çanaq oynağının ankilozu və ya kəskin nəzərə çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcədən az olduqda);

• Diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası;

• Topuq oynağının kəskin nəzərə çarpan kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti;

• Hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası;

• Bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə);

• Budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru;

• Bud-çanaq oynağının endoprotezi;

• Hər iki diz oynaqlarının endoprotezi;

• Bir aşağı ətrafın 10 sm. qısa olması;

• Baldırda 20 kv.sm., pəncənin üst səthində 10 kv. sm. və pəncənin alt səthində ən azı 2 kv. sm. ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora yaxud travmadan sonrakı trofik pozğunluqlar;

• Onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası:

• onurğa funksiyasının kəskin nəzərə çarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri.

• Aniklozlaşdıran spondiloartrit (Bexterev xəstəliyi,) bud-çanaq oynaqlarının nəzərə çarpan kontrakturası ilə.

• Müharibə əlilləri və onlara bərabər tutulan əlillərin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda;

• proqramlı hemodializ.

Göstərilən hallarda əlillik müddətsiz təyin edilir.

Benefisiar.org

Oxunub: 2349