Hansı hallarda işçiyə sınaq müddəti tətbiq edilə bilər?

Bəzən işəgötürənlər tərəfindən əmək müqaviləsi bağlamadan işçiləri sınaq müddəti adı ilə işlə qəbul edirlər. Sınaq müddəti nədir? Hansı hallarda işçiyə sınaq müddəti tətbiq edilə bilər?

Qanunla sınaq müddəti əmək müqaviləsi bağlanarən işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə bağlanıla bilər. Əmək müqaviləsi bağlamadan sınaq müddətinə cəlb edilmə qanunsuzdur. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilməyən hallar aşağdakılardır:

– yaşı 18-dən az olan şəxslərlə;

– müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

– hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

– təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

– ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

– iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

Tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddəti müəyyən edilə bilməz.

İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası

Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.

Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.

Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.

Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.

Benefisiar.org

Oxunub: 3324

Əvvəlki məqaləMagistraturaya maraq hansı səbəbdən azalıb?
Növbəti məqaləBahalaşmanın səbəbləri nədir?