MSK Erkin Qədirlinin şikayət etdiyi məntəqələrin nəticələrini ləğv etməyib

Siyasətçi
Erkin Qədirli

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 16 saylı Yasamal üçüncü seçki dairəsindən namizəd Erkin Qədirlinin müraciətinə baxılıb.

“Report”un xəbərinə görə, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, namizəd müraciətində səsvermə günü həmin dairə üzrə 1, 4, 11, 13, 21, 27, 28 və 29 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib: “Müraciətlə əlaqədar araşdırma aparılıb və şikayətçi ilə əlaqə saxlanılıb. Araşdırma zamanı heç bir seçki məntəqəsində qanun pozuntusu aşkar edilməyib”.

MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması məsələsini müzakirəyə çıxarıb və qəbul edib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Erkin Qədirlidir.

Əvvəlki məqaləQanun pozuntularına yol verən məntəqələr açıqlandı – SİYAHI
Növbəti məqalə87 məntəqə seçki komissiyası niyə buraxıldı?