Karantin rejimində avtomobillə hərəkət etmək istəyənlərin diqqətinə!

“Portal vasitəsilə əməkdaşlara icazə alınanda həmin əməkdaşların onun istifadə etdiyi şəxsi avtomobili ilə də bağlı məlumatlar öz əksini tapır”.

“Report” xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“5 iyuldan etibarən vətəndaşlara tövsiyə edirik ki, istifadə edəcəyi nəqliyyat vasitəsi varsa, onun da seriya nömrəsini eyni SMS-lə təqdim etsin”, – o, əlavə edib.

Əvvəlki məqaləÖlkə üzrə hərəkətinə icazəsi olanlar bu halda rayonlara gedə biləcək
Növbəti məqaləBu rayonlara da 190 manatın verilməsi şamil olunacaq