Karantinin yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edildi

Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edib.

“Report” xəbər verir ki, müraciətdə deyilir:

“Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxub, 1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.

Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq”.

Xatırladaq ki, ölkədə karantin qaydaları yenidən sərləşdirilib.

Əvvəlki məqaləDirektorların işə qəbulu üzrə imtahan proqramı açıqlandı
Növbəti məqaləMənzillərin qeydiyyatı üçün sənəd qəbulunun keçiriləcəyi ünvanlar açıqlanıb