Baş infeksionist uşaqların COVID-19-a qarşı peyvənd olunmamasının səbəbini açıqlayıb

“Koronavirusun yeni ştammının yayılması hələ davam edəcək. Hələ ki, mutasiyalarda virusun yayılma sürətinin artması müşahidə olunub. Onların uşaqlar arasında daha təhlükəli olması məsələsi müəyyən olunmayıb”.

“Report” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, uşaqlar arasında vaksinasiya aparılmır, çünki onlar risk qrupuna aid deyil: “Bundan sonra da gigiyenik qaydalara ciddi əməl olunmalıdır. Uşaqların spirtdən çox istifadəsinə gəlincə, onların dərisi daha incədir. Spirtdən lazımi qədər istifadə olunmalıdır”.

Əvvəlki məqaləBaş infeksionistdən uşaqların koronavirusa yoluxması ilə bağlı açıqlama
Növbəti məqaləParlament Prezidentin xüsusi nümayəndələri ilə bağlı layihəni təsdiqlədi