QHT-lərə Dövlət Dəstəyi Şurasındakı yoxlamalarla bağlı rəy Milli Məclisə göndərilib

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında həyata keçirdiyi yoxlamalarla bağlı rəyini Milli Məclisə göndərib.

Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, rəy artıq parlamentə daxil olub: “Rəydə müəyyən pozuntularla bağlı məlumatlar öz əksini tapıb”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

Əvvəlki məqaləDil Komissiyası qüsurlara görə kimlərin cərimələnəcəyini açıqlayıb
Növbəti məqaləİki məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub