Bu şəxslərə əlavə məzuniyyət veriləcək

Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısına dəyişiklik edilib.

APA-nın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, meyit qanının tədarükü, konservasiyası, orqan və toxumalarının hazırlanması və saxlanması ilə məşğul olan laboratoriyaların, şöbələrin və bölmələrin işçilərinə 6 gün əlavə məzuniyyət veriləcək.

Bu Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Əvvəlki məqaləBu əşyaların təyyarədə əl yükü kimi daşınılmasına icazə verildi
Növbəti məqaləBu şəxslər Azərbaycana buraxılmayacaq