Bu məhkəmələrə yeni hakimlər təyin edilib – SİYAHI

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, sənəd parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.
Sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Dadaşov İlqar Ağababaş oğlu
2. Əhmədov Əhməd Abbas oğlu
3. Əliyev Ələsgər Əliabbas oğlu
4. Kərimov Fərhad Abdulkərim oğlu
5. Mövsümov Nazim Rasim oğlu
6. Nağıyev İman Məhəmməd oğlu
7. Rəcəbov İlkin Əbülfəz oğlu
8. Kərimov Səyyad Əli oğlu

Sənədə əsasən, aşağıdakı şəxslərin Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Həmidov Həmid Üzeyir oğlu
2. Hüseynov Azər Soltanhəmid oğlu
3. Tağızadə Mirzə Nəsib oğlu
4. Babayev Zəki Baba oğlu
5. Bəktaşi Səadət İnayət qızı
6. Əkbərov Mübariz Dosməmməd oğlu
7. İbrahimli İbrahim Adil oğlu

Sənədə əsasən, aşağıdakı şəxslərin Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunması üçün namizədliyi irəli sürülüb:

1. Allahverdiyev Əli Kərim oğlu
2. Kuimova Vera Gennadiyevna
3. Qurbanov Yusifəli Süleyman oğlu

Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə isə Salman Bilal oğlu Hüseynov və Mirbahəddin Mirdamət oğlu Hüseynovun namizədliyi irəli sürülüb.

Tapdıq Şükür oğlu Mahmudov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ də müzakirəyə çıxarılıb.

Sənədə əsasən, Nuru Nadir oğlu Quliyev Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
Rafail Əyyub oğlu Əliyev isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad olunub.

Plenar iclasında “Şirvan Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Sənədə əsasən, aşağıdakı şəxslərin Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Abdullayev Vəli Əsgər oğlu (səlahiyyət müddəti başa çatıb)
2. Allahyarov Zaur Mirzağa oğlu
3. Bağırov Məhəmməd Ənvər oğlu
4. Mayılov Samir İlham oğlu

Yuxarıda qeyd olunan məsələlər müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.

Əvvəlki məqalə“Bakı Metropoliteni”: İyunun 1-nə qədər sərnişindaşımaya tam hazır olacağıq
Növbəti məqaləAzad olunmuş şəhərlərin baş planları hazırlanıb