Ali Məhkəmə kobud pozuntulara yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara biləcək

Ali Məhkəmənin Plenumu işə birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.

APA-nın məlumatına görə, bu, Milli Məclisin iyunun 25-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş Mülki Prosessual Məcəlləyə təklif edilən yeni – 438-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün Ali Məhkəmənin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndəriləcək.

Əvvəlki məqaləMəhkəmədə uşaqların fikrinin öyrənilməsi qaydası müəyyənləşir
Növbəti məqaləKassasiya şikayəti verilməsinə iddianın və əmlakın qiymətindən asılı olaraq məhdudiyyət qoyulur