Əlilliyi olan şəxslərlə bağlı qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

“Report” xəbər verir ki, sənədə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab ediləcək.

Əvvəlki məqaləTƏBİB-in Çağrı Mərkəzi yaradılacaq
Növbəti məqaləƏmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılacaq