DİN açıq havada maskanın məcburi olması ilə bağlı məlumatlara münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) növbəti həftələrdə açıq havada maskanın məcburi olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

O, hələlik Nazirlər Kabineti yanında Operativ Qərargahın belə bir qərarının olmadığını deyib.

Qeyd edək ki, bəzi sosial media platformalarında növbəti həftələrdən açıq havada maskanın məcburi olması ilə bağlı məlumatlar yayılıb.

Əvvəlki məqaləElektron hökumətin korrupsiyanın qarşısının alınmasında rolu – MƏQALƏ
Növbəti məqaləİşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən fermerlərə subsidiyalar veriləcək