Milli Məclis QHT-lərlə bağlı qanunlara dəyişiklikləri müzakirəyə çıxarır

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı təsdiqlənib.

“Report”un xəbərinə görə, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, iş planına 2022-ci ilin Milli Fəaliyyət Planından irəli gələn qanun layihələri daxil edilib.

Şöbə müdiri qeyd edib ki, iş planına QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara əlavə və dəyişiklik edilməsi haqqında bir sıra qanun layihələrinin müzakirəsi də daxil edilib.

Əvvəlki məqaləŞagirdlərə bunu etməyə icazə verilməyəcək
Növbəti məqalə“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir