Bu məsələlərdə şəhid ailələrinə üstünlük veriləcək

Azərbaycanda peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək.

Qanun layihəsi “Məşğulluq haqqında” qanuna edilən dəyişikliyə uyğunlaşdırma məqsədilə hazırlanıb. Qeyd olunan qanunla sosial müdafiəyə ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin dairəsinə şəhid ailəsinin üzvləri də aid edilib.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Əvvəlki məqaləRüsumlarla bağlı məhkəmələrdə məsul şəxslər ayrılıb
Növbəti məqaləBu gündən məhkəmə ilə bağlı sənədlərə görə yeni dövlət rüsumları tətbiq olunacaq