Bu il məktəbi bitirənlərin iki qəbul imtahanından birində iştirakı pulsuz olacaq

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

APA-nın xəbərinə görə, bu “Abituriyent” jurnalının 2-ci sayında yer alıb.

Jurnalda göstərilir ki, digər abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetlərindəki hesab­larından çıxılır.

Ərizələrində I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədi­yi­ni qeyd edən abituriyentlər, ikinci imtahanda da iştirak etmək istədikləri halda mayın 17-dən iyunun 14-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə eservices.dim.gov.az/erizebak/erize internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün onlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə etməli, imtahan verəcəkləri ixtisas qrupu və xarici dili seçməlidirlər. Ərizələrində birinci imtahanda iştirak etmək istə­diklərini qeyd etməyən abituriyentlər isə qeydiy­yatdan keçmədən ikinci imtahanda iştirak edirlər.

Abituriyentlər eyni zamanda ali təhsil müəs­sisələrinin I-IV ixtisas qruplarına aid olan ixtisaslar, V ixtisas qrupuna aid olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlu­matların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir.

Qeyd edək ki, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu martın 29-dan aprelin 30-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır.

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər.

Müsabiqədə iştirak ödənişlidir.

Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə (yaz və yay sessiyaları) keçirilir və abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər