Müavinət, təqaüd, ünvanlı yardımlar bu vaxtda ödənəcək

Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən ölkənin digər bölgələri üzrə mart ayının pensiyalarının, həmçinin qulluq stajına görə əlavələr alan pensiyaçıların pensiyalarının ödənişi bu həftə yekunlaşacaq.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Novruz bayramı ilə əlaqədar mart ayının bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının da qrafikdən əvvəl olmaqla bayrama qədər ödənilməsi planlaşdırılır.

Bu məqsədlə Dövlət Sosial Müdafiə Fondu müvafiq maliyyələşdirmənin təmin edilməsi istiqamətində hazırlıq işləri aparır.

Qeyd edək ki, ötən həftə Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları verilib.

Əvvəlki məqaləSiqaretlərin aksiz dərəcəsi artırıldı
Növbəti məqaləBaş Prokurorluqdan vəkillərin vəsatətləri ilə bağlı açıqlama