Banklar hüquqi şəxslərin dövlət müəssisəsi olub-olmadığını müəyyənləşdirə biləcək

Banklar vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub-olmadığını müəyyən edə biləcək.

Azərbaycan Banklar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, Assosiasiya “Komplayns Ekspert” Qrupunun təşəbbüsü ilə Vergilər Nazirliyinə bununla bağlı rəsmi müraciət edilib.

“Nazirlik tərəfindən müraciət müsbət qarşılanıb və Banklar müəssisələrin dövlət müəssisəsi olub olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin edilib”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, dövlət müəssisəsi nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar hesab edilir.