Əlillik qrupu dəyişdirilmiş bu şəxslərə ödəmənin hansı qaydada veriləcəyi açıqlandı

“Birinci Qarabağ müharibəsi dövründə xəsarət alan elə şəxslər var ki, sonradan onların əlillik dərəcələri dəyişdirilib”.

“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O, vaxtilə bir neçə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı qaydada veriləcəyini açıqlayıb.

H.Məmişov bildirib ki, həmin şəxslərə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək.

“1992-1997-ci illərdə müharibə zamanı xəsarət almış, lakin sonradan reabilitasiya ilə əlilliyi aradan qaldırılmış şəxslərə və ya əgər həmin şəxs vəfat edibsə, onların vərəsələrinə də birdəfəlik ödəmələr veriləcək”, – DSMF sədri əlavə edib.