MSK Katibliyinin yeni strukturu və ştat cədvəli təsdiqlənib

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni strukturu və ştat cədvəli təsdiqlənib.

“Report”un xəbərinə görə, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov məlumat verib.

Daha sonra məsələ səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Qeyd edək ki, MSK-nın ötən iclasında qəbul edilən qərara əsasən, MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin adı dəyişdirilərək Media və kommunikasiya şöbəsi edilib, Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi fəaliyyətə başlayıb. Bundan əlavə, İnsan resursları sektoru yaradılıb.

Mərkəzi Seçki Komissiyasının yeni strukturu məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, qurumun ştat cədvəlindəki vahidlərin sayı 129-dur.

MSK-nın strukturunu təqdim edirik:

Katibliyin müdiri

Katibliyin rəhbərinin müavini

Katibliyin müdirinin köməkçisi

Katibliyin Təşkilat şöbəsi

Katibliyin Hüquq şöbəsi

Katibliyin Beynəlxalq əlaqələr şöbəsi

Treninq sektoru

Katibliyin İnformasiya mərkəzi (şöbə statusunda)

İnformasiya sistemlərinin avtomatlaşdırılması sektoru

İnformasiya şəbəkəsinə nəzarət və koordinasiya sektoru

Texniki və sistem təminatı sektoru

Katibliyin Ümumi şöbəsi

Kargüzarlıq sektoru

İnsan resursları sektoru

Katibliyin Media və kommunikasiya şöbəsi

Katibliyin Siyasi partiya və ictimai təsisatlarla iş şöbəsi

Seçkilərlə (referendumla) bağlı siyasi partiyalarla iş sektoru

Siyasi partiyaların maliyyə hesabatları üzrə iş sektoru

Katibliyin Redaksiya və nəşr şöbəsi

Katibliyin Maliyyə şöbəsi

Katibliyin Təsərrüfat şöbəsi.