Hakimin fəaliyyətinə xitam verə biləcək yeni əsas müəyyənləşdirilir

Azərbaycanda məhkəmə hakiminin fəaliyyətinə xitam verilməsinə səbəb ola biləcək yeni əsas müəyyənləşdirilib.

APA-nın məlumatına görə, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 113-cü (Hakimlərin səlahiyyətlərinə xitam verilməsinin əsasları) maddəsinə yeni 11-ci bənd əlavə edilməsi təklif olunur.

Yeni bəndə əsasən “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda nəzərdə tutulmuş təkrar qiymətləndirmə nəticəsində hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) işində peşəkar çatışmazlıqlar aşkar edildikdə fəaliyyətinə xitam veriləcək.

Layihə Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.