Abşeronda əmlakın qeydiyyata alınması kampaniyası keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara operativ xidməti təklif edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Masazır kəndi olacaq. Bu barədə adıçəkilən komitə tərəfindən facebookda yaradılan “Əmlakını qeydiyyata al kampaniyası” adlı səhifədə məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, sakinlər daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətləri ilə bağlı 6-10 avqust tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsində (Əliağa Vahid parkının qarşısı) fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilərlər.

Benefisiar.org