Korrupsiya tarixi və qəbul olunan qanunvercilik aktları

Ədliyyə Nazirliyi Probasiya xidmətinin məsləhətçisi
Cavid Əlili – Ədliyyə Nazirliyi Probasiya xidmətinin məsləhətçisi

Korrupsiya anlayış olaraq qədim Roma hüququndan qaynaqlanır və Roma hüquqşünasları onu “corrumpere” kimi işlətmişdir. Bu anlayış iki latın sözünün “correi” və “rumpere” birləşməsindən yaranmışdır. Daha geniş izah verdikdə dağıtmaq, məhv etmək, saxtalaşdırmaq, ələ almaq mənalarda işlədilmişdir. Daha sonrala bu anlayış hüquq elmi tərəfindən məhdudlaşdırılaraq vəzifə səlahiyyətlərinin satılması anlamında işlədilməyə başlanıldı.

Yuxarıdakı misaralardan göründüyü kimi korrupsiya anlayışı qədim zamanlardan cəmiyyətə tanışdır. Hegel demişdir ki, istənilən dövlət quruluşunun əsası odur ki, qanunlar və digər qaydalar vasitəsilə işlər elə qurulmalıdır ki, vəzifəli şəxslərin gəlir yığması mümkün olmasın. (mənbə Hegel-hüquq fəlsəfəsi).

Korrupsiyaya dair ən qədim yazılardan biri də eramızdan əvvəl III minillikdə mövcud olan Babil yazılarına əsasən məlum olur ki, Şumer şahı Urukaginin dövründə qanunsuz gəlir əldə edən məmurların vəzifədən sui-istifadə etmələrinin qarşısı alınması istiqamətlərində həll yolları axtarılmışdır. Qədim Roma  imperiyası dövründən sonrakı müddətlərdə araşdırma aparmış tarixçilər belə hesab edir ki, Romanın süqutunda, onun geriləməsində korruspiyanın “çiçəklənməsi” mühüm amil olmuşdur. Tarixin bütün dövrlərində bu bəlanın qarşısının alınması istiqamətində işlər aparılmışdır. Hətta 18-ci əsrdə I Pyoturun verdiyi fərmana əsasən rüşvətxorluğa qarşı cəza olaraq ölüm hökmü çıxarılması qərara alınmışdır.

Buradan da belə nəticəyə gəlmək olar ki, korrupsiya anlayışı həm rüşvətxorluqu həm nepotizmi (şəxsi münasibətlər zəminində himayədarlıq etmə), həm də ictimai vasitələrin şəxsi istifadə üçün qanunsuz mənimsənilməsini əhatə edir.

Müasir dövrün hüquqi sənədlərində korrupsiyaya müxtəlif anlayışlar verilmişdir. BMT baş məclisinin 1979-cu il tarixli qətnaməsi ilə təstiq edilmiş məcəllədə korrupsiyanın anlayışının hər bir ölkənin milli qanunverciliyi ilə tənzimlənməsinın  müəyyən edilməsi göstərilmişdir. Bundan başqa Avropa Şurasının 1999-cu il “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” konvensiyası isə korrupsiyaya  anlayış verməməklə onun tərkibinə daxil olan ayrı-ayrı cinayət əməllərini sadalamaqla kifayətlənmişdir. Nəhayət Avropa Şurasının 1999-cu il “Korrupsiya ilə əlaqədar mülki hüquqi məsuliyyət haqqında” konvensiyasında korrupsiyaya aşağıdakı anlayış verilmişdir.

“Korrupsiya dedikdə, hər hansı vəzifənin normal yerinə yetirilməsini, yaxud da rüşvəti, qeyri-qanuni üstünlüyü və ya bu barədə vədi alandan tələb edilən davranışı pozan rüşvətin və ya hər hansı digər qeyri-məqbul üstünlüyün və ya bu barədə vədin birbaşa və ya dolayısı ilə istənilməsi, təklif edilməsi, verilməsi və ya alınması başa düşülür”.

Korrupsiya kimi ağır bir cinayət növü ilə mübarizə dövlətimizin əsas priotiret istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinə edilmiş müvafiq dəyişiklikdən sonra məcəllənin otuz üçüncü fəsli “korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə ola digər cinayətlər adlandırılmış, korrupsiyaya qarşı mübarizənin müntəzəmliyinin və onun həyata küçirilməsinə məsul olan qurumların konkret vəzifələrinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya” və digər aktların qəbul olunması xüsusi qeyd edilməlidir.

Təəsüflə qeyd olunmalıdır ki, korrupsiya-cəmiyyətin və ictimai həyatın bütün sahələrinə dağıdıcı təsirini göstərir. Korruspiya ilk baxışda göründüyü kimi sadə bir anlayış deyildir, Azərbaycan qanunverciliyində də hələki mükəmməl sayıla bilməz. Düşünürəm ki, milli qanunvercilikdə korrupsiya ilə mübarizə üsulları, qanunvercilik aktları daha da təkmilləşəcəkdir.

Cənab prezident İlham Əliyevin dediyi kimi korrupsiyaya qarşı mübarizə bizim şüurlu seçimimizdir.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. 

 

Əvvəlki məqalə“Asan İmza”nın müddətini SMS-lə uzatmaq mümkün olacaq
Növbəti məqaləYeni nazirlik yaradıldı