Problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il fevralın 1-nə 1 306,9 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 2,6% çox, ötən il fevralın 1-nə nisbətən isə 16,7% azdır.

Yanvarın sonuna problemli kreditlərin xüsusi çəkisi 8,4% olub. Bu nisbət ötən il dekabrın sonuna 8,3%, ötən il yanvarın sonuna isə 12,2% təşkil edib.

Əvvəlki məqaləDİM şagirdlərə müraciət edib
Növbəti məqaləMəktəblərdə şəhadətnamə attestatla əvəz ediləcək