BMT Baş katibi koronavirusla bağlı ölkələrə çağırış edib

BMT Baş katibi Antonio Quterreş ölkələrə çağırış edib.

APA-nın xəbərinə görə, bu barədə BMT Baş katbi “Twitter” hesabında bildirib.

“Hamımız koronavirusun ümumi təhlükəsi ilə üzləşirik. Birlikdə hələ də COVID-19 pandemiyasının gedişatını dəyişə bilərik, bunun üçün hərəkətsizliyi aradan qaldırmaq, qətiyyətlə və stiqmadan uzaq bir şəkildə irəliləmək lazımdır.

İndi hər bir hökuməti öz səylərini artırmağa çağırıram!”, – deyə Antonio Quterreş bildirib.

Əvvəlki məqaləErkin Qədirli parlamentdə vətəndaş cəmiyyətinin problemini qaldırıb (Video)
Növbəti məqaləElmi müəssisələrin akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşdi