1-ci sinfə elektron qeydiyyat yenidən başlayır

Martın 29-u birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir. 

Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, elektron qeydiyyat sistemi saat 12:00-dan etibarən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Əvvəlki məqaləKimlərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır?
Növbəti məqaləXüsusi karantin rejimində polis postlarından buraxılış qaydası təsdiqlənib