Pandemiya ilə əlaqədar iş yerləri yaradılır

Pandemiya ilə əlaqədar iş yerlərinin qorunması tədbirləri ilə yanaşı, əhalinin məşğulluq imkanlarının artırılması prioritet fəaliyyət istiqamətlərindən biridir.

Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, bu məqsədlə Nazirliyin DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub.

Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib.

Bu gündən artıq həmin ictimai iş yerlərinin yaradılmasına başlanacaq. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.

Əvvəlki məqaləDaha 20 min şəxsə birdəfəlik ödəniş edildi
Növbəti məqaləYalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı