Elman Rüstəmov yenidən Mərkəzi Bankın rəhbəri təyin edildi

Prezident İlham Əliyev cümə axşamı Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.

O, bu vəzifəyə altıncı dəfə təyin olunur. Elman Rüstəmov 1995-ci ildən Mərkəzi Banka rəhbərlik edir.

Aprelin 9-da parlament onu Mərkəzi Bankın idarə heyətinin üzvü kimi təsdiqləyib. Bu qərarı 91 deputat dəstəkləyib, biri əleyhinə, biri bitərəf qalıb.

Konstitusiyaya görə, AMB-nin idarə heyətinin üzvləri ölkə prezidentinin təqdimatı ilə parlament tərəfindən təsdiqlənir.

Daha sonra dövlət başçısı idarə heyəti üzvləri arasından AMB rəhbərini təyin edir. AMB idarə heyətinin üzvlərinin və rəhbərinin səlahiyyət müddəti beş ildir.

Turan

Əvvəlki məqaləNazirlik işçilərin ixtisarına yol verilməməsi barədə xəbərdarlıq edib
Növbəti məqaləAzərbaycanda Mediasiya Şurası təsis edilib