İpotekanın effektivliyinin təmini ilə əlaqədar təkliflər hazırlanıb

İpoteka kreditləşməsi sisteminin və ipoteka bazarının effektivliyinin təmin edilməsi ilə  əlaqədar aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yaradılmış işçi qrupu çərçivəsində Strateji yol xəritəsinin icrası ilə əlaqədar zəruri araşdırmalar aparılıb.

“APA-Economics”in məlumatına görə, bu “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatda öz əksini tapıb.

“İpoteka kreditləşməsi sisteminin və ipoteka bazarının effektivliyinin təmin edilməsi Strateji yol xəritəsində prioritet istiqamətlərdən biri olaraq qeyd edilib və “Azərbaycan İpoteka Fondu” ASC əsas icraçı təşkilatlardan biri müəyyən edilib. Qeyd olunanlarla əlaqədar, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yaradılmış İşçi qrupu çərçivəsində Strateji yol xəritəsinin icrası ilə əlaqədar zəruri araşdırmalar aparılıb və bunun əsasında müvafiq təkliflər hazırlanaraq baxılması üçün aidiyyəti qurumlara təqdim edilib”, – deyə məlumatda vurğulanıb.