“Virtual məktəb” layihəsi ilə bağlı müəllimlərin qeydiyyatına başlanıb

Aprelin 18-dən etibarən “Virtual məktəb” portalında müəllimlər üçün açıq qeydiyyat imkanı yaradılıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müəllimlər qeydiyyatdan keçmək üçün ilk mərhələdə “Virtual məktəb” portalında “Müəllim qeydiyyatı” bölməsini seçməli, şəxsiyyət vəsiqəsinin FİN kodu və doğum tarixini qeyd etməli, açılacaq növbəti səhifədə elektron poçt ünvanı və əlaqə nömrəsini əlavə etdikdən sonra isə siniflərin seçimini həyata keçirməlidir.

Müəllimlər üçün “Virtual məktəb” portalında qeydiyyat könüllü xarakter daşıyır.

Qeyd edək ki, layihə üzrə qeydiyyat yalnız virtual.edu.az portalı vasitəsilə aparılır. Hər hansı digər mənbə və ya formalarda aparılan qeydiyyatların “Virtual məktəb” layihəsi ilə əlaqəsi yoxdur. Müəllimlərdən şəxsi məlumatlarını digər mənbələrə ötürməmək tövsiyə olunur.

Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən müəllimlər hazırlanmış müvafiq təlimatlarla tanış ola bilərlər.

“Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün istifadəçilər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib, portalda qeydiyyatdan keçə bilərlər.

Əvvəlki məqaləRusiyadakı azərbaycanlıların qayıtması üçün yaradılan “Evə gedirəm” portalının təqdimatı olub
Növbəti məqaləKoronavirusla bağlı yeni sistem hazırlanıb