Baş həkim karantin qaydalarına əməl etmədiyi üçün işdən çıxarılıb? (Yenilənib)

“Bəzi xəbər portallarında “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən TƏBİB tərəfindən işdən azad olunduğu bildirilib”.

APA-nın xəbərinə görə, bu barədə TƏBİB-in məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, yazılanlar həqiqəti əks etdirmir və direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib: “Bir daha bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edirik”.

***

Bərdə rayon müalicə diaqnostika mərkəzinin direktoru (baş həkimi) tutduğu vəzifədən azad edilib

“Report” un Qarabağ mərkəzinin verdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Belə ki, Həsən Fərman oğlu Hüseynov direktor vəzifəsindən azad edilib. H.Hüseynovun yerinə hələlik təyinat olmayıb.

Qeyd edək ki, onun işdən çıxarılmasına səbəb karantin qaydalarına əməl etməməsi olub. Diaqnostika mərkəzində bir neçə tibb işçisi COVID-19-a yoluxub.

Əvvəlki məqaləPolis hansı hallarda şəxsi mənzilə daxil ola bilər?
Növbəti məqaləAZAL: Bilet satışı sentyabra qədər dayandırılıb