Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi karantin rejiminə nəzarətdən danışdı

“Azərbaycanda regionlar koronavirusa yoluxma sayına görə rəng olaraq fərqləndirilib. Bu səbəbdən yüksək riskli hesab olunan regionlarda karantin qaydalarına nəzarət nisbətən ciddi aparılır”.

Bu barədə Oxu.Az-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı açıqlama verib.

H.Harmancının sözlərinə görə, belə tədbirlərin görülməsi doğru addım hesab olunur:

“Regionların rəng sisteminə bölünməsi, həmin bölgələrdə daha sərt karantin tədbirlərinin tətbiqi müsbət nəticələr verir. ÜST belə tədbirlərin görülməsini dəstəkləyir”.

Əvvəlki məqaləÜmumdünya Səhiyyə Təşkilatının rəsmisindən sərt karantin rejiminə yenidən qayıtmaqla bağlı açıqlama
Növbəti məqaləHande Harmancı: “Koronavirus ən azı bir-iki il boyunca davam edəcək”