Notariat ofislər vətəndaşlara belə xidmət göstərməyə başlayıb

“Vətəndaş səhhəti ilə əlaqədar notariat ofisinə gedə bilmirsə ona olduğu yerdə xidmət göstərilir”.

“Report” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin onlayn müzakirəsi zamanı Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Hüseynov deyib.

O bildirib ki, notariat ofisləri zəruri avadanlıqlarla təchiz edilmiş “notariat çantaları” ilə təmin olunub:

“Bu çantaların elektron informasiya sisteminə birbaşa çıxışı imkanı var. Əvvəlcədən bildiriş verən şəxslərə notariatdan kənar xidmət göstərilir”.

Əvvəlki məqaləHande Harmancı: “Koronavirus ən azı bir-iki il boyunca davam edəcək”
Növbəti məqaləDaşınmaz əmlakın elektron qeydiyyatı necə həyata keçirilir?