Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinə dəyişiklik ediləcək

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsinə dəyişiklik ediləcək.

APA-nın məlumatına görə, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Hazırkı Məcəlləyə görə, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır.

Təklif olunan dəyişiklikdə bildirilir ki, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı bilavasitə istehsala məşğul olan və istehsalat sahələri olan işəgötürənlər üçün işçilərin əməyinin ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən, digər işəgötürənlər üçün isə bir faizindən az olmamalıdır.

Əvvəlki məqaləMəleykə Abbaszadə ali məktəblərə qəbul olanlara müraciət etdi
Növbəti məqaləHərbi qulluqçularla bağlı qanun layihəsi plenar iclasda müzakirə olunacaq