İşğaldan azad olunmuş ərazilərdə bu infrastruktur qurulacaq

“Azərişıq” və “Azərsu” ASC-lər, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi işğaldan azad olunmuş ərazilərdə dövlət orqanlarının (qurumlarının) normal fəaliyyəti üçün müvafiq binaların elektrik enerjisi, su və təbii qaz ilə təminatını həyata keçirəcəklər.

“Report” xəbər verir ki, bu, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanında öz əksini tapıb.

Əvvəlki məqaləİşğaldan azad olunmuş ərazilərdəki daşınmaz əmlaklar inventarlaşdırılacaq
Növbəti məqaləPrezident xidməti pasportla bağlı fərman imzalayıb