Milli Məclisdə bələdiyyə sədrlərinin iştirakı ilə dinləmə keçiriləcək

Bu gün Regional məsələlər komitəsi Milli Məclisin yaz sessiyasında videoformatda ilk iclasına toplaşıb.

“Report” xəbər verir ki, onlayn iclasda 2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı haqqında danışan komitə sədri bildirib ki, bu sənəd həm qanun yaradıcılığını, həm də müxtəlif səpkili tədbirləri əhatə edir. Siyavuş Novruzov qeyd edib ki, yaz sessiyası dövründə şəhər, kənd və qəsəbələr üzrə Milli Bələdiyyə Assosiasiyalarının rəhbərləri ilə, gənc bələdiyyə sədrləri və qadın bələdiyyə sədrləri ilə parlament dinləmələrinin keçirilməsi də məqsədəuyğundur.

Müzakirələrin yekununda hesabat məqbul sayılıb. İş planı təkliflər nəzərə alınmaqla qəbul olunub. Komitədə baxılan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib.

Əvvəlki məqaləGömrükdəki vəzifəli şəxslərlə bağlı bu qayda dəyişdi
Növbəti məqaləPolietilen torbalar alıcılara pulla təqdim olunacaq