Yeni yaradılan məhkəməyə hakimlər təyin edildi

Azərbaycanda yeni təşkil edilən məhkəməyə hakimlər təyin edilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin birinci instansiya məhkəmələrinə hakimlər təyin edilməsi barədə sərəncamına əsasən, Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin ediliblər.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün həmçinin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında sərəncam imzalayıb.

Əvvəlki məqaləİnzibati məhkəmələrə hakimlər təyin edildi
Növbəti məqaləKommersiya məhkəmələrinə hakimlər təyin edildi