Əfv Komissiyasının növbəti iclasının vaxtı məlum olub

Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə ikinci iclasının vaxtı məlum olub.

Əfv Komissiyasının üzvü, millət vəkili Fazil Mustafa APA-ya bildirib ki, komissiyanın növbəti iclası sabah saat 15.00-da videoformatda qruplar halında baş tutacaq.

İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılacaq.

Qeyd edək ki, Əfv Komissiyasının yeni tərkibdə ilk iclası fevralın 16-da keçirilib.

Əvvəlki məqaləSu, qaz, elektrik sayğaclarına baxılması prosesi yoxlama hesab edilməyəcək
Növbəti məqaləBaş prokurorun müavini Məhkəmə-Hüquq Şurasına üzv seçilib