BMT bu şəxslərə hüquqi yardım xidmətləri göstərəcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) ölkədəki Nümayəndəliyi Azərbaycanda məcburi köçkünlərə və münaqişədən təsirlənmiş digər şəxslərə hüquqi yardım və məsləhət xidmətlərinin göstərilməsi üçün tender elan edib.

“Report” xəbər verir ki, tender üçün təkliflərin təqdim edilməsinin son müddəti aprelin 2-sidir.

Bu fəaliyyət zamanı Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan olan məcburi köçkünlərə hüquqi yardım və məsləhət xidmətlərindən istifadə etmək imkanı təmin ediləcək.

Əvvəlki məqaləDövlət Yol Polisi bu sürücüləri yola çıxmamağa çağırıb
Növbəti məqaləGəncədə mənzil-kommunal xidmətlərinin ödənişinə dəyişiklik edilib