Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb

“İl ərzində əmək məzuniyyətinin mütləq istifadə olunması ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb. Bu sahədə müəyyən tələblərin nəzərə alınmasını istəyirik”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Heydərov “Növbətçi Müfəttiş”də çıxışı zamanı deyib.

Onun sözlərinə görə, işçi bəzən bilərəkdən məzuniyyətini istifadə etmir: “Bunda sonda müəyyən şəkildə kompensasiya almaq məqsədi güdülür. Lakin bu düzgün yanaşma deyil. İşəgötürənlərə tövsiyə edirik ki, qabaqcadan işçilərlə razılaşdırılmış şəkildə məzuniyyət qrafiki təsdiq etsin. Məcəllədə qrafikin tərtib olunması nəzərdə tutulub, lakin imperativ norma olmadığından tərtib olunmaya da bilər. Qrafik tərtib olunsa, işəgötürən işçinin qarşısında tələb qoya bilər ki, məzuniyyət hüququndan istifadə etsin. İllərlə məzuniyyətdən istifadə olunmaması gələcəkdə işəgötürənlər üçün arzuolunan deyil. Bu əməyin mühafizəsi qaydalarının pozulmasına gətirib çıxara bilər”.

Əvvəlki məqaləBu şəxslər üçün imtahan keçiriləcək
Növbəti məqaləVergi orqanlarına işə qəbul üçün tələb olunan sənədlərin siyahısı genişləndirildi