Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilmiş iclasında bir müddətdir müzakirəsi ləngiyən “Azərbaycan Respublikasında Dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
APA-nın məlumatına görə, yeni qanun layihəsi Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatının məqsədini, prinsiplərini və növlərini müəyyən edir, habelə bu sahədə yaranan ictimai münasibətləri tənzimləyir.
Qanun layihəsi 4 fəsil, 21 maddədən ibarətdir.
Layihə plenar iclasa tövsiyə olunub.