QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri məlum oldu

Azay Quliyev Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri seçilib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən məlumat verilib.

Məlumata görə, aprelin 30-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib. İclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev Agentliyin Müşahidə Şurasının sədri, Vüsal Quliyev isə sədr müavini seçilib.

Əvvəlki məqaləIX siniflər üçün buraxılış imtahanlarının vaxtı açıqlandı
Növbəti məqaləİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi: Hər bir vətəndaş sığortalı sayılır