Gələn həftə bu vətəndaşların vaksinasiyasına başlanılacaq

“Mayın 10-da 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları vaksinasiya prosesinə qoşula bilərlər. Bu, böyük şansdır”.

“Report”un xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Mən hər bir vətəndaşı bütün bu kampaniyaya qoşulmağa çağırıram”, – bildirib.

Əvvəlki məqaləVergi və gömrük güzəştləri ilə bağlı mərkəzləşdirilmiş sistem yaradılıb
Növbəti məqaləBayram günlərində əlavə məhdudiyyətlər olacaqmı?