Bu tarixlərdə valideynlər Apellyasiya komissiyasına müraciət edə bilərlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan birinci siniflərinə uşaqların qəbulu ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apellyasiya komissiyası fəaliyyət göstərəcək.

İdarədən “Report”a verilən məlumata görə, valideynlər 6 may-17 iyun tarixlərində [email protected] elektron poçt ünvanı vasitəsilə Apellyasiya komissiyasına müraciət edə bilərlər.

Apellyasiya komissiyasında müraciətlərə 22 may-19 iyun tarixlərində baxılacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün keçirilən onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

Onlayn Apellyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasının təmin edilməsindən ibarətdir.

Əvvəlki məqaləBayram günlərində əlavə məhdudiyyətlər olacaqmı?
Növbəti məqaləBuraxılış imtahanlarının nəticələri elan olunub