Təhsil krediti götürən hansı tələbəyə güzəşt ediləcək?

“Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondundan təxminən 40 min və ya bir az daha çox bakalavr və magistr tələbəsinin kredit alması nəzərdə tutulur”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, qaydaların yenə də hansı qrupdan olan tələbələri əhatə etməsi bəlli olacaq: “Aidiyyəti qurumlarla ilkin müzakirələrdə həmçinin təhsil müddətində əldə etdikləri yüksək nəticələri (ÜOMG) olan tələbələrə kreditlərin faiz hissəsində güzəşt edilməsi də planlaşdırılır”.

Əvvəlki məqaləMMC-lərin illik maliyyə hesabatını açıqlaması icbari ola bilər
Növbəti məqaləBu hallarda əlillik müddətsiz təyin olunacaq