Milli antiplagiat xidməti yaradılır

AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən milli antiplagiat xidmətinin yaradılması konsepsiyası işlənilir.

İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, görülən işlər çərçivəsində plagiatlıq və piratçılıq anlayışları, plagiatlığın növləri və onu yaradan səbəblər müəyyənləşdirilib.

Plagiatlıqla mübarizə metodları, o cümlədən antiplagiat proqram vasitələri əsas göstəricilərə görə təhlil edilib. Azərbaycanda antiplagiat xidmətləri araşdırılıb və hazırda İnstitutda Plagiatlıqla Mübarizə Xidməti fəaliyyətə başlayıb.

Əvvəlki məqaləŞəhərlərarası avtobus reysləri bərpa edilir
Növbəti məqaləKimlər aztəminatlı ailə hesab olunur?