Məhkəmə aparatı işçiləri ilə bağlı yeni qayda hazırlanacaq

Məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin ““Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi ilə bağlı imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə köçürülən vəsaitdən istifadə qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Əvvəlki məqaləAli Məhkəmədə icraat qaydası dəyişdi
Növbəti məqaləPrezident vəkillərin cərimələnməsi ilə bağlı qanunu təsdiqlədi